Xaçmaz rayonunun Xraxoba və Uryanoba kəndlərindən 450 ailə Rusiyaya köçəcək

Xaçmaz rayonunun Xraxoba və Uryanoba kəndlərindən 450 ailə Rusiyaya köçəcək

27 Oktyabr 2011 14:13
Bəyəndim (0) Bəyənmədim (0)
Bu proses iki ölkə arasında razılığa əsasən həyata keçirilir

Rusiya prezidentinin Şimali Qafqaz federal dairəsi üzrə səlahiyyətli nümayəndəliyi və Azərbaycan hökuməti arasında Xaçmaz rayonunun Xraxoba və Uryanoba kəndlərində yaşayan 450 rus ailəsinin Rusiyaya qaytarılması barədə razılıq əldə olunub.

Rusiya mətbuatının yaydığı məlumata görə, bunu Rusiya prezidentinin Şimali Qafqaz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Sergey Subbotin Rusiya Federal Miqrasiya Xidmətinin ərazi orqanları rəhbərlərinin müşavirəsində deyib. S. Subbotin bildirib ki, SSRİ dağıldıqdan sonra yeni sərhədlərin müəyyənləşməsi nəticəsində Azərbaycan ərazisində qalan Rusiya vətəndaşlarının vəziyyəti Moskvanı narahat edirdi: "Bu məsələ son olaraq prezidentin səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin Azərbaycana səfəri zamanı qaldırıldı. Azərbaycan rəhbərliyi ilə bu kəndlərdə yaşayan vətəndaşlara Rusiyaya köçmək imkanının yaradılması barədə razılıq əldə olundu".

Türklərin bir məsəli var: "vətən doğulduğun yer deyil, doyduğun yerdir"..

Sərvər Aslanov

O.M.