Fəzail Ağamalı molla kəbininin qanunvericiliyə salınmasını təklif etdi

Fəzail Ağamalı molla kəbininin qanunvericiliyə salınmasını təklif etdi

26 Oktyabr 2011 15:29
Bəyəndim (0) Bəyənmədim (0)
Hadı Rəcəbli isə buna ehtiyac olmadığını bildirdi

Azərbaycan Milli Məclisinin üzvü Fəzail Ağamalı qanunvericilikdə ailə quranlar üçün rəsmi nikahla yanaşı, dini kəbinlə (molla kəbini) bağlı məsələnin də təsbit olunmasının tərəfdarıdır. APA-nın məlumatına görə, F. Ağamalı Sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında bu təkliflə çıxış edib. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə buna ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bununla bağlı fitvası var, QMİ-nin Qazılar Şurası bu fitva ilə rəsmi nikahsız kəbin kəsilməsinə qadağa qoyub.

Qeyd edək ki, Azərbaycanda ailə və nikah münasibətləri Ailə Məcəlləsi ilə tənzimlənir. Rəsmi məlumatlara görə, Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil edir. Ölkədə xristian, yəhudi və digər dinin nümayəndələri də yaşayır.

Molla kəbini ailəni müqəddəs məkanlarda qeydiyyata alır...

Hafiz Əhmədov

O.M.