
Təbrizdə azərbaycanlıların hüquqları uğrunda hərəkatın 13 fəalının məhkəməsi başlayıb
Təbriz şəhər İnqilab Məhkəməsində azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan 13 nəfərin məhkəmə prosesi başlayıb. İran mətbuatının məlumatına görə, məhkəmədə hərəkat fəallarına qarşı ittiham irəli sürülüb.
İttihama əsasən, təqsirləndirilənlər Əkbər Azad, Behbud
Quluzadə, Əlirza Əbdullahi, Mahmud Fəzli, Şəhram Radmehr, Şükrullah Qəhrəmani,
Sona Fərəczadə, Pınar Fərəczadə, Həsən Rəhimi, Heydər Kərimi, Aydın Xacei,
Yunis Süleymani və Nəim Əhmədi İranın mövcud quruluşuna qarşı fəaliyyətdə və
Azərbaycan Respublikasının xeyrinə təbliğat aparmaqda günahlandırılırlar.
Təqsirləndirilənlər ittihamın qərəzli və əsasız olduğunu,
o cümlədən ibtidai istintaqda hüquqlarının pozulduğunu bildiriblər. Onlar
saxlanılan zaman təzyiqlərə məruz qaldıqlarını da qeyd ediblər. Məhkəmə prosesi
gələn ay davam edəcək.
Haqq incələr, ancaq sınmaz...
Sərvər Aslanov
O.M.