Qəddafi ailəsi Haaqa məhkəməsinə şikayət edəcək

Qəddafi ailəsi Haaqa məhkəməsinə şikayət edəcək

26 Oktyabr 2011 13:25
Bəyəndim (0) Bəyənmədim (0)
Sabiq prezidenti işgəncə ilə öldürüblər

Fransanın Europe1. radiostansiyasının məlumatına görə, Qəddafi ailəsi Müəmmar Qəddafinin ölümünü hərbi cinayət sayaraq, günahkarları Beynəlxalq Haaqa Məhkəməsinə verəcək. Ailənin vəkili Marsel Sessaldinin sözlərinə görə, polkovnikin ölümünü NATO planlaşdırıbmış. Qəddafilər həmçinin ondan narazıdırlar ki, sabiq ölkə başçısı məhkəməyə təhvil verilmək əvəzinə işgəncə ilə öldürülüb və meyiti Milli Keçid Şurası tərəfindən bir neçə gün ictimai təhqirlərə məruz qalıb.

Xatırladaq ki, Qəddafi 20 oktyabr tarixində Sirt şəhərində yaralı vəziyyətdə tutularaq öldürülüb. Bu, NATO-nun prezident konvoyunu atəşə tutması nəticəsində baş verib. Yaralı ələ keçən sabiq prezident sonradan naməlum şəraitdə öldürülüb. Dünən eks liderin dəfni oldu. O, ölkənin cənubunda səhralıqda basdırıldı. Qəbri sirr olaraq saxlanılır. Milli Keçid Şurası bunu Qəddafinin məzarının ziyarətgaha çevrilməsi təhlükəsi ilə izah edir.

Tarix onu yazanları yaşadır...

Sərvər Aslanov

O.M.