9 ayda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 25.81% artıb

9 ayda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 25.81% artıb

26 Oktyabr 2011 13:11
Bəyəndim (0) Bəyənmədim (0)
Mart ayında daha çox turist qardaş ölkəni ziyarət edib

Bu gün 2011-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyindən verilən məlumata görə, qeyd olunan aylar ərzində Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 453 957 nəfər təşkil edib ki, bu da 2010-cu ilin analoji dövrü ilə müqayisədə 25,81% (+93 121 nəfər) artım deməkdir. Ötən ilin 9 ayında Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı 360 836 nəfər olub. Aylar üzrə müqayisədə ən çox artım bu ilin yanvar (54,31%), mart (68,28%) və aprel (50,56%) aylarında qeydə alınıb. Bu da ilk növbədə uzun müddətli Yeni il və Novruz bayramı tətilləri və 18 mart - 26 aprel 2011-ci il tarixlərində İstanbulda təşkil olunan "İstanbul Alış-Veriş Festivalı" ilə əlaqədar olub.

Vətənimizin hər bir bölgəsi bizim üçün əzizdir...

Hafiz Əhmədov

O.M.