İsraildə Cənubi Qafqaz Ermənistan ərazisi kimi göstərildi

İsraildə Cənubi Qafqaz Ermənistan ərazisi kimi göstərildi

26 Oktyabr 2011 13:05
Bəyəndim (0) Bəyənmədim (0)
Van isə erməni şəhəri kimi göstərildi

24 oktyabr günü İsrailin ən nüfuzlu mətbu orqanlarından sayılan "Sonuncu məlumat" (ידיעות אחרונות) qəzetində "Vacib əllərdə həyat axtarırıq" başlıqlı məqalə dərc olundu. Türkiyədəki zəlzələni müzakirə edən müəllif Daniel Batini Van şəhərini erməni şəhəri kimi təqdim etdi. Məqalədə qeyd olunurdu ki, bir zamanlar Vanda ancaq ermənilər yaşamışdı. Maraqlıdır ki, yazıda təqdim olunan xəritədə Azərbaycanla Gürcüstan Ermənistan ərazisi kimi göstərilirdi.

Bununla əlaqədar İsraildə yaşayan azərbaycanlılar etiraz səslərini ucaltmağa başladılar. Yerli rusdilli 89.1 Fm radiosunun səhər proqramında məsələ müzakirə olundu. Efirə qoşulan azərbaycanlıların etirazından sonra aparıcı da məqalə müəllifinin bu kobud səhvini istehza ilə məsxərəyə qoymağa başladı. Həmin radionun "Sual-cavab" adlı digər verilişində də həmyerlilərimiz məsələni ciddi şəkildə qaldırdılar. Lakin verilişin aparıcısı, "Mən Azərbaycanın İsraildəki səfiri deyiləm. Yaxşısı budur, siz şikayətlərinizi qəzet redaksiyasına bildirin", dedi.

Xatırladaq ki, adıçəkilən məqalədə təqdim olunan xəritədə qırmızı xətlə "Ermənistan" ərazisi göstərilib.

Destruktiv siyasi kursuna görə İsraillə Ermənistan bir millət iki dövlət sayıla bilər...

Sərvər Aslanov

O.M.