
Azərbaycanda qız qaçıranlar cinayət məsuliyyətinə cəlb olunacaqlar
Qadını nikaha daxil olmağa məcbur edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər
Azərbaycanın Cinayət Məcəlləsinə (CM) dəyişiklik təklif olunub. Təklif Milli Məclisin Hüquq siyasəti, dövlət quruculuğu və Sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunub və dəstəklənib. CM-ə edilən təkliflərə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə, 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma təklif olunur. Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Nikah yalnız könüllü bağlanan izdivacdır...
Sərvər Aslanov
O.M.
Digər xəbərlər