
Türkiyə Ermənistanın və İsrailin yardım təkliflərini qəbul etdi
Hadisə yerində sosial fəlakət yaşanmaqdadır
Dünən Türkiyə hökuməti zəlzələnin nəticələrinin aradan qaldırılması üçün dünya dövlətlərinə müraciət etdi. Yardım istəyi 30 ölkəyə göndərildi, o cümlədən Ermənistan və İsrailə. Bundan əvvəl Türkiyə hökuməti beynəlxalq yardım təkliflərindən imtina etmiş, yalnız Azərbaycanla Pakistanın təklifini qəbul etmişdi.
Xatırladaq ki, 23 oktyabr yerli vaxtla 13:41-də qeydə alınan 7.2 ballıq zəlzələ nəticəsində Türkiyənin Van və Erciş bölgələrində 459 nəfər həlak olmuş, 1352 insan yaralanmışdı. 2000 tikili yerlə yeksan olmuşdu. Bu gün də Vanda 5.4 ballıq yeraltı təkan baş verdi.
Dərdin milləti, dini olmur. O, insanları birləşdirən yeganə vasitədir...
Sərvər Aslanov
O.M.
Digər xəbərlər