Avropa İnsan Haqları üzrə Məhkəməsi yekdilliklə Türkiyə əleyhinə qərar çıxardı

Avropa İnsan Haqları üzrə Məhkəməsi yekdilliklə Türkiyə əleyhinə qərar çıxardı

26 Oktyabr 2011 10:29
Bəyəndim (0) Bəyənmədim (0)
AİHM Türkiyəni "soyqırımı" tanıyanlara təzyiq göstərməməyə dəvət etdi

Dünən - 25 oktyabr tarixində Avropanın İnsan Haqları üzrə Məhkəməsi yekdilliklə Türkiyə əleyhinə qərar çıxardı. Qərara əsasən "erməni soyqırımını" tanımaq Türkiyə ərazisində cinayət sayıla bilməz. Asbarez.com saytının məlumatına görə, məhkəmə Türkiyə hakimiyyətinin "soyqırımı" araşdıran tarixçi alim Taner Akçama qarşı təzyiqlər göstərməsi yolverilməz hesab edildi. Qərara əsasən, Türkiyə hökuməti dəfələrlə alimin söz azadlığı hüququnu pozaraq, onu Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə (türk kimliyinin təhqiri) təqib edib.

Məhkəmə həmçinin Taner Akçamın Türkiyə hökumətinə qarşı 860200 avro təminat iddiasını da rədd edib. Bununla belə, bəyan edib ki, Türkiyənin mövcud qanunları onun beynəlxalq öhdəlikləri ilə üst-üstə düşmür.
Olmayan "soyqırımı" tanıtmaq cəhdi nədənsə Avropanı narahat edir...

Hafiz Əhmədov

O.M.