
ABŞ Azərbaycanı BMT Təhlükəsizlik Şurasının keçici üzvü seçilməsi münasibətilə təbrik edib
"AzərTAc" dövlət agentliyinin yaydığı məlumata görə, Dövlət Departamentinin mətbuat xidmətinin rəsmisi bəyanatla çıxış edərək Azərbaycanı 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına keçici üzv seçilməsi münasibətilə təbrik edib: "Birləşmiş Ştatlar BMT Nizamnaməsində əks edilən prinsiplərinin dəstəklənməsi, Şuranın səmərəliliyi və təsirliyinə töhfə verilməsi və onun beynəlxalq sülh və sabitliyin qorunmasında rolunun artması üçün Azərbaycanla yaxından işləyəcəyinə ümid edir".
Qeyd edək ki, Azərbaycan oktyabrın 24-də Nyu-Yorkda BMT
Baş Məclisinin iclasında gizli səsvermə yolu ilə 155 üzv dövlətin dəstəyini
qazanaraq Təhlükəsizlik Şurasının iki illik keçici üzvü seçilib.
Şura beynəlxalq sülh və sabitliyə dair qəbul edilən
qərarlarda veto hüququna malik beş daimi üzv - ABŞ, Fransa, Rusiya, Çin və
Böyük Britaniya və iki illik müddətə seçilən on keçici üzvdən ibarətdir.
Qurumun qaydalarına görə, Təhlükəsizlik Şurasında sədrlik səlahiyyətləri hər ay
əlifba sırası ilə bir üzv dövlət tərəfindən həyata keçirilir.
BMT Nizamnaməsinə əsasən, BMT-nin digər tərkib
qurumlarının qərarları tövsiyə xarakteri daşıdığı halda, Təhlükəsizlik
Şurasının qətnamələrinə üzv dövlətlər tərəfindən mütləq şəkildə əməl
edilməlidir.
Ölkənin ərazisinin və əhalisinin sayı
əsas deyil, əsas olan keyfiyyətdir...
Hafiz Əhmədov
O.M.