
Bu il Azərbaycanda 52 yol polisi əməkdaşı cəzalandırılıb
32 nəfər orqanlardan xaric olunub
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilir ki, bu il Azərbaycanda 52 yol polisi əməkdaşı cəzalandırılıb. Cari ilin yanvar-sentyabr ayları ərzində DYP əməkdaşları tərəfindən qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət gücləndirilib. Xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə 32 əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric, 20 nəfər isə tutduğu vəzifədən azad edilib.
Yol polisi olmaq yolçu polis olmaq demək deyil...
Sərvər Aslanov
O.M.
Digər xəbərlər