Lənkəran şəhəri və Gədəbəy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edildi

Lənkəran şəhəri və Gədəbəy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edildi

25 Oktyabr 2011 16:59
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan Milli Məclisi bu gün keçirilən iclasda qərar qəbul edib

Azərbaycan Milli Məclisi bu gün keçirilən iclasda Lənkəran şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edib. Lənkəran şəhərinin inzibati ərazi bölgüsündə dəyişiklik edilərək Balıqçılar qəsəbəsi, Ləj, Kənarmeşə, Kosalar, Şıxakəran, Şovu, Qurumba, Bəliton və Tuado kənd inzibati ərazi dairələri yaradılıb. Adıçəkilən ərazi dairələrinin Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi barədə qərar qəbul edilib.

Milli Məclis Gədəbəy rayonunun inzibati ərazi bölgüsündə də qismən dəyişikliklər edib. Dəyişikliyə əsasən, Gədəbəy rayonunun Ağamalı kəndi Çanaqçı, Əliismayıllı kəndi Alnabat kəndi, Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi tərkibindəki Rüstəm Əliyev kəndi Miskinli kəndi adlandırılıb. Həmçinin Qaraməmmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Dikdaş kəndinin adı dəyişdirilərək Qızıltorpaq kəndi adlandırılıb.

Toplananların yerini dəyişəndə cəm dəyişmir...

Hafiz Əhmədov

O.M.