
Türkiyədə dağıntılar altından 14 günlük körpə sağ çıxarıldı
Türkiyənin Van bölgəsinin Erciş rayonunda zəlzələ nəticəsində dağılmış bina altından 14 günlük körpə sağ olaraq çıxarılıb. Türkiyə mətbuatının məlumatına görə, 14 günlük Azra adlı qız uşağının anası Semiha Karaduman da yaşadığı evin dağıntıları altında sağdır. Hazırda xilasedicilər körpənin anasının həyatını xilas etməyə çalışırlar.
Xatırladaq ki, Türkiyənin Van bölgəsində iki gün öncə 7,2 bal gücündə zəlzələ
baş vermişdi. Türkiyə dövlət rəsmiləri yeraltı təkanlar nəticəsində 366 nəfərin
öldüyünü, 1301 nəfərin yaralandığını, 2262 binanın isə dağıldığını
açıqlayıblar.
Fəlakət bölgəsində 3346 xilasedici, 787 səhiyyə işçisi, 16 axtarış iti, 563
texnika, 138 ambulans, 95 səyyar ayaqyolu fəaliyyət göstərir.
Dərd bölüşəndə azalır...
Sərvər Aslanov
O.M.