
Van zəlzələsindən Ermənistan AES-də sızıntı baş verib
Ermənistan FHN faktı təkzib edir
Dünən Türkiyənin Van şəhərində baş vermiş 7.2 ballıq zəlzələ nəticəsində Ermənistanın Atom Elektrik Stansiyası da xəsarət görmüşdür. Bu barədə Türkiyə Atom Enerjisi Təşkilatına (TAEK) istinadən Zaman qəzeti məlumat yayıb. Xəbərə görə, hazırda AES-də fəlakətin fəsadları araşdırılaraq aradan götürülür. TAEK onu da bildirir ki, dağıdıcı zəlzələ nəticəsində AES-də sızmalar baş verib. Lakin bu sızmalar o qədər də təhlükəli miqyaslarda deyil.
Lakin Ermənistanın Tert.am saytının məlumatına görə, Ermənistan FHN yayılmış xəbəri təkzib edərək, zəlzələnin AES-in fəaliyyətinə təsir göstərmədiyini vurğulayır.
Dərdin milləti, dini olmur. Gələndə batmanla gəlir, gedəndə misqalla...
Sərvər Aslanov
O.M.
Digər xəbərlər