Oktyabrın 30-da Azərbaycan qış vaxtına keçəcək

Oktyabrın 30-da Azərbaycan qış vaxtına keçəcək

24 Oktyabr 2011 12:39
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyə və Rusiya isə yay vaxtında qalır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 30 oktyabr 2011-ci il tarixində saat 5.00-da respublika ərazisində saatların əqrəbi 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək. Qeyd edək ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının sonuncu bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Xatırladaq ki, Türkiyə və Rusiya ötən ildən etibarən qış vaxtına keçməkdən imtina edib.

Zaman dəyişməyib, dəyişən insanlardır...

Sərvər Aslanov

O.M.