
Serj Sarkisyan Avrasiya İttifaqının yaradılmasına razıdır
Rusiya erməniləri İttifaqının sədri Ara Abramyan bu gün Erməni Apostol Kilsəsinin Moskvadakı kilsəsində Putinin Avrasiya İttifaqı planları haqda danışıb. Rusiyanın birinci ermənisi Regnum xəbər agentliyinə müsahibəsində deyib: "Rusiya baş naziri Vladimir Putinin Avrasiya İttifaqı yaratmaq niyyəti zəruridir. İnsanlar bunu çoxdan gözləyirlər, Ermənistandakı əhali də həmçinin. Biz Rusiyaya çox yaxınıq. Biz Rusiyada 2.5 milyon nəfərik, hamımızın da Ermənistanda qohumu var. Bizlərə bu fikir çox yaxındır. Avropa ölkələrində inteqrasiya olunmağımıza baxmayaraq, dil problemi qalmaqdadır. Burada isə belə bir problem yoxdur. Biz rus dilini tamamilə itirməmişik. Birləşmək lazımdır. Mən özüm rusca çətinliklə danışıram. Dil probleminin nə olduğunu da hamıdan yaxşı bilirəm. Putin çox vaxtında bu ideyanı ortalığa atdı. Mən ikiəlli bu fikirlə razıyam. Bu barədə prezident Sarkisyanla da danışmışam. Ondan müsbət cavab almışam. O, mənə deyib ki, məsələnin hüquqi tərəflərini araşdırmaq lazımdır. Ermənistanın Rusiya ilə sərhədi olmasa da, biz Avrasiya İttifaqına və Gömrük birliyinə daxil olmalıyıq."
Səfalətə düçar olan Ermənistan olmayan müstəqilliyini də itirməyə hazırdır...
Sərvər Aslanov
O.M.