
Türkiyədəki zəlzələnin Azərbaycana təsiri olmayacaq
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Türkiyədə baş verən zəlzələnin Azərbaycandakı seysmik duruma təsirinə aydınlıq gətirib
Türkiyədə
baş verən zəlzələnin Azərbaycandakı seysmik duruma heç bir təsiri yoxdur. Azərbaycan
ərazisi əvvəlki kimi seysmik aktivliyi fon səviyyəsində olan ölkələr
sırasındadır.
Ölkə ərazisində seysmik aktivlik yoxdur. Bu barədə APA-ya
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət
Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə
görə, Türkiyə ərazisində baş verən dünənki zəlzələdən sonra daha bir neçə güclü
təkan baş verib: "Bu olmalıdır. Çünki o cür güclü zəlzələdən sonra avtoşoklar
olur. Bu cür təkanlar bu gün də qeydə alınıb. İlk baş verən zəlzələ Naxçıvan
ərazisində hiss olunmuşdu. Naxçıvanda, Sədərəkdə, Şərurda 3-3,5 bal gücündə
hiss olunub. Sonrakı avtoşoklar isə Azərbaycan ərazisində hiss edilməyib". Q.Yetirmişli onu
da qeyd edib ki, Türkiyədə zəlzələnin baş verdiyi dərinlik qırılmasının
Azərbaycana aidiyyəti yoxdur: "Dərinlik qırılması baş verəndə hansı qırılma
qanadının aktiv olmasına diqqət yetirilir. Müəyyən bir dövrdən sonra həmin
qırılmanın başqa bir qanadında aktivlik ola bilər. Belə aktivlik yaxınlıqda
olan zəlzələ ocaqlarını oyada bilər. Amma fon səviyyəsində olan və heç bir
gərginlik toplanması olmayan ərazidə zəlzələlər oyana bilməz".
Zəlzələ insanların canına salıb vəlvələ...
Hafiz Əhmədov
O.M.