
Dünən Ermənistanda güclü zəlzələ baş verdi
İrəvanın cənub-qərbində sakinlər evlərinə qayıtmaqdan imtina edirlər
Dünən günortadan sonra yerli vaxtla təxminən 15:48 radələrində Ermənistanda güclü zəlzələ baş verdi. Tert.am xəbər agentliyinin məlumatına görə, zəlzələni İrəvan sakinləri də hiss etdilər. Hətta şəhərin cənub-qərb məhəllələrinin sakinləri evlərini tərk etdilər və gecəni küçədə keçirməli oldular. Hal-hazırda həmin bölgənin sakinləri evlərinə qayıtmaqdan imtina edirlər. Məlumatda o da bildirilir ki, zəlzələ Gümrü şəhərində də hiss olunub.
Təbiət insanları sülhə və birliyə "çağırır"...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər