
Dünən yenidən atəşkəs pozuldu
Düşmən cavab atəşi ilə susduruldu
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 23-də saat 17.50-dən 18.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.45-dən 18.50-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.30-dan 20.38-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.
Ermənilər danışıqlar dilini başa düşmürlər, onların yeganə başa düşdüyü dil gücdür...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər