
Müəmmar Qəddafinin cəsədi nümayiş olundu
Oğlu Mütəssimin meyiti də atasının yanında saxlanılır
Al-Jazeera kanalının məlumatına görə, dünən öldürülən Müəmmar Qəddafinin cəsədini Misrata şəhərindəki məsciddə saxlayırlar. Ehtimala görə, onu 24 saat ərzində dəfn edəcəklər. Reuters agentliyi isə məlumat verir ki, polkovnikin cəsədini məsciddə deyil, "Souk Tavans" rayonundakı ticarət mərkəzinin binasında saxlayırlar. Məlumatda o da bildirilir ki, sabiq diktatorun oğlu Mütəssim də dünən səhər saatlarında öldürülüb və onun da cəsədi atasının yanındadır. O ki qaldı diktatorun digər oğlu Seyf əl İslama, onun yeni hökumətə əsir düşdüyü bildirilir.
Kimlərə qaldı dünya, dolub boşaldı dünya...
Sərvər Aslanov
O.M.
Digər xəbərlər