VİDEO-Dünyanın ən yaxşı dövlət rəhbərlərinin görüşü

VİDEO-Dünyanın ən yaxşı dövlət rəhbərlərinin görüşü

20 Oktyabr 2011 21:04
Bəyəndim (0) Bəyənmədim (0)
Gürcüstanın dövlət rəhbərliyi inkişafına görə ancaq Yeni Zellandiyadan geri qala bilər

Bu gün günorta saatlarında oxumeni.az xəbər verdiyi kimi, Грузия Online saytının məlumatına görə, Saakaşvili "Demokratiya və Qanun" mərkəzinin tədqiqatlarının nəticələrinə fikir bildirərkən Gürcüstan dövlət aparatını ağızdolusu vəsf etmişdi. Gürcüstan dövlət rəhbərliyinin son dərəcə şəffaf olduğunu, effektiv fəaliyyətinə görə dünyada ancaq Yeni Zellandiyadan geri qaldığını bildirmişdi. Gürcüstan prezidentinin özünə və rəhbərlik etdiyi administrasiyaya rəqib tanımadığı açıq-aydın bəlli idi. Onun qeyri-təvazökar nitqi əyləncəli olduğu qədər də gülməli idi. Gülməli demişkən, Saakaşvilinin vəsf etdiyi Yeni Zellandiyanın baş naziri ilə onun görüşü haqda video görüntülər artıq dünyanın gülüşünə səbəb olub.

Gülüş ömrü uzatsa da, həqiqi siyasətçi gülməyi bacarmalıdır, güldürməyi yox...

Hafiz Əhmədov

O.M.