"Yeni Müsavat" İlham Əliyevin yürütdüyü xətti təqdir edir

"Yeni Müsavat" İlham Əliyevin yürütdüyü xətti təqdir edir

20 Oktyabr 2011 19:14
Bəyəndim (0) Bəyənmədim (0)
"Prezident İlham Əliyev mətbuatla işləmək və yaxınlaşmaq kursu götürüb"

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin mətbuatın inkişafı yolunda atdığı addımlar danılmazdır. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət dəstəyi konsepsiyası Azərbaycanda mətbuatın azad rəqabətinə və demokratik şəraitdə inkişafına şərait yaradır. Məhz bunun nəticəsidir ki, İlham Əliyev 2011-ci ildə "Jurnalistlərin dostu" seçildi.

Ölkənin aparıcı müxalifət mətbuatı "Yeni Müsavat" qəzeti də prezidentin bu addımlarını dəstəkləyir. Belə ki, "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu "Xural" qəzeti ilə bağlı fikirlərini bildirərkən deyib: "Azərbaycanda dövlət başçısının mətbuata yönəlik siyasəti son illərdə liberallaşma, loyallaşma istiqamətindədir. Prezident İlham Əliyev mətbuatla işləmək və yaxınlaşmaq kursu götürüb. O cümlədən də KİV-in İnkişafına Dövlət Dəstəyi qurumunu yaradaraq, hətta müxalifət qəzetləri də daxil olmaqla, medianın maliyyələşməsini, qalxınmasını təmin etmək xəttini yürüdüb. Bizlər də bu xətti təqdir etmişik".

Bəzən həqiqət o qədər parlaq olur ki, onu görmək olmur. Əsas odur ki, həqiqətə inanasan...

Natiq Qocaman

O.M.