Ombudsman Aparatının əməkdaşları Arif Hacılını ziyarət ediblər

Ombudsman Aparatının əməkdaşları Arif Hacılını ziyarət ediblər

20 Oktyabr 2011 17:44
Bəyəndim (0) Bəyənmədim (0)
Saxlanılan şəxslər saxlanılma şəraitindən narazı deyillər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) olublar. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, müvəkkilin nümayəndələri 2 aprel mitinqi zamanı saxlanılan və hazırda bu müəssisədə olan 14 nəfərlə, o cümlədən Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli və başqaları ilə görüşüb, onların hər biri ilə təkbətək söhbət aparıb, saxlanma şəraitlərini öyrəniblər. Söhbət aparılan şəxslər BİT-də saxlanıldıqları müddət ərzində müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən hər hansı bir zorakı rəftara məruz qalmadıqlarını, hüquqlarının pozulmadığını bildiriblər. Eyni zamanda həmin şəxslər barələrində aparılan istintaqdan və onların işləri üzrə çıxarılan məhkəmə qərarlarından narazılıqlarını bildiriblər.

O.M.