"İcraçı Kredit Agentliyinin" baş direktoru korrupsiyaya görə işdən azad edilib

"İcraçı Kredit Agentliyinin" baş direktoru korrupsiyaya görə işdən azad edilib

20 Oktyabr 2011 15:36
Bəyəndim (0) Bəyənmədim (0)
Agentlik Dünya Bankının investisiyası hesabına kreditləşmə əməliyyatlarını həyata keçirdi

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) rəhbərliyi dövlətin dəstəyi və Dünya Bankının investisiyası hesabına kreditləşmə əməliyyatlarını həyata keçirən "İcraçı Kredit Agentliyi" MMC-nin baş direktoru Arif Əliyevi vəzifəsindən azad edib. AKİA-dan verilən məlumata görə, A.Əliyev işində korrupsiya hallarına yol verdiyinə görə tutduğu vəzifədən azad edilib və bununla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məlumat verilib. Qeyd edək ki, 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan Kredit İttifaqları Assosiasiyası İctimai Birliyi (AKİA) ölkə başçısının yoxsulluğun aradan qaldırılması haqqında çıxışını əsas tutaraq öz üzvləri olan kredit ittifaqlarının şəffaf fəaliyyətini təmin edərək kiçik sahibkarlığın inkişafına yardım etmiş və yoxsulluğun azaldılması məqsədilə, yoxsul əhalinin biznes imkanlarını artırmaq, onların istehlakını gücləndirmək və gəlirlərin daha effektiv bölgüsünə şərait yaradıb.

Borca ehtiyacı olan insanın haqqını yemək borca günah almaq deməkdir...

Hafiz Əhmədov

O.M