Cənubi Qafqaz KİV-lərinin birgə konfransı keçirilir

Cənubi Qafqaz KİV-lərinin birgə konfransı keçirilir

20 Oktyabr 2011 15:16
Bəyəndim (0) Bəyənmədim (0)
Mövzu internet mətbuatıdır

Gürcüstanın paytaxtı Tiflis şəhərində Cənubi Qafqazda KİV-in durumu ilə bağlı 8-ci illik konfrans başlayıb. Tədbiri ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç açıb. O bildirib ki, hər üç Cənubi Qafqaz ölkəsində internet azaddır, lakin dünyada interneti nəzarətə götürmək cəhdləri getdikcə artır: "Söhbət ondan getmir ki, hökumətlər interneti tənzimləməlidir, yoxsa yox. Məsələ ondadır ki, internetin məzmunu necə, hansı dərəcədə tənzimlənməlidir və söz azadlığına dost olan alternativ və daha effektiv metodlar varmı?" Qeyd edək ki, konfransda Gürcüstan, Azərbaycan və Ermənistandan 70-dən çox jurnalist, dövlət məmuru və alim iştirak edir. Əsas müzakirə mövzusu internet mediası və online kütləvi informasiya vasitələrində plüralizm məsələsidir. Tədbir Almaniya, Fransa, Avstriya, Norveç və İsveçrənin maliyyə dəstəyi ilə təşkil olunub.

Azad söz həqiqətin yeganə açarıdır...

Hafiz Əhmədov

O.M.