Saakaşvili Ermənistan hökumətini ələ salıb, tənqid etdi

Saakaşvili Ermənistan hökumətini ələ salıb, tənqid etdi

20 Oktyabr 2011 13:06
Bəyəndim (0) Bəyənmədim (0)
"Onların 2 həftəyə etdiklərini biz 2 saata edərdik"

Грузия Online saytının məlumatına görə, Saakaşvili "Demokratiya və Qanun" mərkəzinin tədqiqatlarının nəticələrinə fikir bildirərkən Gürcüstan dövlət aparatının son dərəcə şəffaf olduğunu, effektiv fəaliyyətinə görə dünyada ancaq Yeni Zellandiyadan geri qaldığını bildirdi. Müqayisə üçün o, Ermənistan-Gürcüstan sərhədindəki son təbii hadisəni göstərərək dedi: "Ermənistanda təbii fəlakət nəticəsində bizim həmvətənlərimiz də həlak oldular. Biz buna çox kədərləndik. Gürcüstan vətəndaşı olan sürücülərdən biri kameralar qarşısında demişdi ki, əgər bizim hökumət olsaydı, yolu 2 saata təmizləməzdilərmi? Baxın, görün nə qədər vaxt keçdi, amma heç kim yolu təmizləməyə gəlmədi. Mən Ermənistan barədə pis danışmaq istəməzdim, onlar bizim dostlarımızdır. Ramaz Nikolaişvili bir neçə saat ərzində daha da çətin işin öhdəsindən gələ bildi. Amma orada problemin həllinə təxminən 2 həftə lazım oldu. Effektiv dövlət aparatı məhz bu deməkdir."

Ermənistan bataqlıq sindromu ilə yaşayır. Hər bir hərəkət onları daha da dərinə batırır. Son təbii fəlakət zamanı Ermənistan dövləti yenidən özünü gözdən salmış oldu...

Sərvər Aslanov

O.M.