Barak Obama yenə də soyqırım ifadəsini işlətməyəcək

Barak Obama yenə də soyqırım ifadəsini işlətməyəcək

18 Aprel 2011 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Barak Obama 24 apreldəki çıxışında yenə də soyqırım ifadəsini işlətməyəcək. Bu fikri, Ermənistan Miras Partiyasının deputatı Larisa Alaverdiyan deyib. Larisa Alaverdiyan soyqırım ifadəsinin ABŞ-ın gündəmində olmadığını qeyd edib. Millət vəkili ABŞ prezidentinin çıxışında soyqırım ifadəsindən istifadə etməməyini Türkiyə tərəfinin zəfəri kimi qiymətləndirib. O, Türkiyə-Ermənistan arasında problemlərin çox olduğunu da söyləyib.

Dünya dəyişir, inkişaf edir. Ermənilər isə hələ də soyqırım havasına oynayırlar...

Hafiz Əhmədov

O.M.