DSX Azərbaycan-İran sərhədində baş vermiş silahlı insidentlə bağlı bəyanat yayıb

DSX Azərbaycan-İran sərhədində baş vermiş silahlı insidentlə bağlı bəyanat yayıb

20 Oktyabr 2011 09:37
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu sərhəd naryadına hücum etdiyinə görə ona qarşı güc tətbiq olunub

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) oktyabrın 19-da Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. DSX-nin mətbuat mərkəzindən verilən məlumatda bildirilir ki, oktyabrın 19-u, saat 14.00 radələrində Biləsuvar rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin pozulması müşahidə edilib. Bunun qarşısının alınması məqsədi ilə əraziyə əlavə sərhəd naryadlar çıxarılıb və axtarış təşkil olunub. Nəticədə dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb. Xəbərdarlıq və qanuni tələblərə tabe olmaqdan imtina edərək sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub. Açılmış atəş nəticəsində sərhəd pozucusu yaralanıb, hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya təxliyə edilib. Baş vermiş hadisə barəsində İran tərəfi dərhal məlumatlandırılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həyatda da sərhədi keçmək olmaz...

Sərvər Aslanov

O.M.