İnterfax.ru xəbər agentliyi bağlandı

İnterfax.ru xəbər agentliyi bağlandı

19 Oktyabr 2011 20:37
Bəyəndim (0) Bəyənmədim (0)
Moskvadakı yanğın mətbuatın işini iflic etdi

Bu gün günorta saatlarında Moskvanın 1-ci Tverskaya Yamskaya küçəsində 2 nömrəli dördmərtəbəli binanın damında gözlənilmədən yanğın baş verdi. Binada yerləşən İnterfax.ru xəbər agentliyinin 30 əməkdaşı dərhal evakuasiya olundu. Hadisə yerinə gələn yanğınsöndürənlər bildirdilər ki, yanğına səbəb reklam konstruksiyasının sökülməsi zamanı qısaqapanma olub və 5 kvadrat metr ərazidə alışan qığılcım sonradan ətrafa yayılıb. 10 yanğınsöndürən maşının köməyi ilə yanğın bir neçə saata tam söndürülüb. Bu zaman redaksiyanın otaqları köpüklü su ilə doldurulub. Bunula belə, yerli vaxtla saat 14:00-dan sonra İnterfax.ru xəbər agentliyinin işi tam bərpa olunub. ИТАР-ТАСС xəbər agentliyinin məlumatına görə, zərərçəkən və ölən yoxdur.

Xəbər yazanlar xəbər oldular...

Sərvər Aslanov

O.M.