
Karla Bruni yumurtalıqların iltihabından əziyyət çəkir
1-ci xanım təcili surətdə xəstəxanaya çatdırılıb
Hello Magazine jurnalının məlumatına görə, Fransanın 1-ci xanımı Karla Bruni təcili surətdə xəstəxanaya çatdırılıb. Həyat yoldaşı Nikola Sarkozi onu bir an belə olsun tək buraxmayıb. Fransanın "Le Figaro" qəzeti də faktı təsdiq edərək qeyd edir ki, həqiqətən xanım Bruni çərşənbə günü sübh tezdən Parisin 16-cı dairəsində yerləşən La Muette klinikasına yerləşdirilib. Qəzetin etibarlı mənbələrinin məlumatında bildirilir ki, doğuşa hazırlaşan Karlo Bruni yumurtalıqların iltihabından əziyyət çəkdiyindən hamiləliyini ağır keçirir.
Birinci xanım hamilə ikən də fiqurasını qoruya bilib...
Könül Aypara
O.M.
Digər xəbərlər