
VİDEO-İngiltərədən qaraçıları qovurlar
Polislə qaraçılar arasında toqquşmalar var
BBC-nin məlumatına görə, bir neçə illik məhkəmə çəkişmələrindən sonra İngiltərənin cənub-şərqində yerləşən Esseks qraflığından İrlandiya qaraçılarını qovmağa başlayıblar. Dale Farm məhəlləsində yaşayan qaraçılar polisə silahlı müqavimət göstərdikdən sonra belə bir radikal qərar verilib. Deyilənə görə, məhəllədəki tikintilər qanunsuz olaraq inşa edilib. Yerli sakinlər isə bu fikirlər razı deyillər. Ümumiyyətlə Dale Farm İngiltərədə qaraçıların ən çox məskunlaşdığı məhəllə sayılır. Onlar bu əraziyə 1980-ci ildən etibarən yerləşməyə başlayıblar. Hal-hazırda qəbilədə 83 ailədən 1000 qədər sakin yaşayır.
İngiltərə qaraçılarının qara günləri başladı...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər