
Barak Obamanın xidməti maşını oğurlandı
NEWSru.com saytının məlumatına görə, Vircinya ştatının Henriko şəhərində Mariott hotelinin avtomobil dayanacağında Barak Obamanın xidməti avtomobili tam təchizatla oğurlanıb. Maraqlıdır ki, maşının üzərində prezidentə aid olması barədə heç bir nişan yox idi.
NBC televiziya kanalı Riçmond polisinə istinadən xəbər verir ki, maşının qoşqusunda ümumi məbləği 200 min ABŞ dolları olan çıxış meydançası, tele-suflyor və çoxsaylı audio-video avadanlıqlar var idi.
Daysru.com saytı isə bildirir ki, maşın oğurlandıqdan bir neçə saat sonra Riçmond aeroportunun yaxınlığındakı Holiday Inn Express hotelinin həyətində tapılıb. Məlumatda o da bildirilir ki, avtomobildə heç bir məxfi məlumat yox idi.
Siyasət şou biznesin əkizidir. Bütün böyük tədbirlərdən əvvəl mütləq qalmaqal lazımdır...
Sərvər Aslanov
O.M.