Honda şirkətinin yüzlərlə avtomobili suda batdı

Honda şirkətinin yüzlərlə avtomobili suda batdı

19 Oktyabr 2011 12:07
Bəyəndim (0) Bəyənmədim (0)
Tailandda sel zamanı Sony, Canon, Toyota Nikon, Casio və başqa məşhur brendlər də ziyan çəkdilər

Tailandda sel zamanı Honda şirkətinin 12 milyon ABŞ dolları məbləğində yüzlərlə avtomobili suya qərq oldu. Ayutthaye şəhərindəki zavod bu səbəbdən 4 oktyabr tarixindən fəaliyyətini dayandırmışdı. İndi zavod rəhbərliyi 5 metrlik suda batmış avtomobillərin xilas edilməsi haqda düşünür. Hondadan başqa Sony, Canon, Toyota, Nikon, Casio və başqa məşhur brendlərin də hazır məhsulları sularda qərq olub. NEWSru.com saytının məlumatına görə, Tailandda yaranmış fövqəladə vəziyyət dünya iqtisadiyyatına böyük zərbə vuracaq. Xatırladaq ki, iyulun əvvəlindən yağmağa başlayan şiddətli yağış Tailandın 2/3 əyalətini suda batırıb. 300 nəfər ölüb, 3 milyonadək insan xəsarət alıb.

Su quruyandan sonra aydınlıq olacaq...

Hafiz Əhmədov

O.M.