
Azərbaycan Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilə bilər
Məsələyə 21 oktyabr tarixində BMT Baş Assambleyasında baxılacaq
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi məsələsinə təşkilatın Baş Assambleyasının 66-cı sessiyasının oktyabrın 21-də keçiriləcək iclasında baxılacaq. Həmin iclasda Təhlükəsizlik Şurasına ümumilikdə beş dövlət müvəqqəti üzv seçiləcək. Xatırladaq ki, bir sıra ölkə Azərbaycanın namizədliyini dəstəklədiyini bildirib. Yalnız Ermənistan nümayəndəliyi Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı təmsilçiliyinə qarşı çıxacağını bəyan edib.
Avropanın enerji təhlükəsizliyini Azərbaycan üzərinə götürmüşdü. İndi isə dünya təhlükəsizliyində Azərbaycanın rolu artmaqdadır...
Sərvər Aslanov
O.M.
Digər xəbərlər