
Türkiyədə PKK 24 əsgəri şəhid etdi
Terrorçular qəflətən hərbi hissəyə hücum etdilər
Dünən PKK terror təşkilatı Hakkarinin Çukurca bölgəsindəki hərbi hissəyə hücum edib. Terrorçularla hərbçilər arasında atışma baş verib. Hərbçilərin olduğu binaların uzun məsafəli silahlardan atəşə tutması nəticəsində ilkin məlumata görə, 24 nəfər şəhid olub, daha 8 əsgər yaralanıb. Atışma 30 dəqiqəyə yaxın davam edib. Hakkaridə bütün polislərə zirehli jilet geyinmək, tam təchizatlı hazırlıq və ehtiyatlı olmaq barədə xəbərdarlıq edilib. Hakkari valisi Muammer Türker eyni anda həm polis, həm də hərbi hissəyə hücum edildiyini bildirib
Terror bir xəstəlikdir. Onun nəticəsini yox, səbəbini aradan qaldırmaq lazımdır...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər