
Gürcüstanda terror hadisələrinin sifarişçisi Rusiya imiş
Hər üç diversant ifşa olundu
Gürcüstan DİN-nin yaydığı məlumata görə, ölkədə nəzərdə tutulan silsilə terror aktlarının sifarişçisi məlum olub. Bu, Rusiya xüsusi xidmət orqanlarının baş leytenantı Aleksey Uşakovdur. Belə ki, şübhəli şəxs qismində saxlanılan 2 Gürcüstan vətəndaşı məhz bu şəxsin adını çəkmişlər. "Грузия Online" xəbər agentliyinin məlumatında bildirilir ki, 1985-ci il doğumlu rus kəşfiyyatçısı Abxaziyanın Nabakevi şəhərində yerləşən sərhəd xidmətində baş əməliyyatcı vəzifəsində çalışır. Xatırladaq ki, bundan əvvəl də adı çəkilən ölkədə Rusiya diversantlarının ifşa olunması barədə dəfələrlə məlumat yayılmışdı.
O.M.
Digər xəbərlər