Düşmən yenə də atəşkəsi pozdu

Düşmən yenə də atəşkəsi pozdu

19 Oktyabr 2011 08:59
Bəyəndim (0) Bəyənmədim (0)
İtki yoxdur

Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 18-də saat 17.40-dan 17.45-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, oktyabrın 19-da saat 02.45-dən 02.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.25-dən 04.30-dək və 05.55-dən 06.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

Dağlıq Qarabağ problemi labirintə bənzəyir. İlk baxışdan bir neçə çıxış yolu görünsə də, yeganə doğru yol müharibədən keçir...

Sərvər Aslanov

O.M.