Separatçı rejimin rəhbəri Qarabağı parçaladı

Separatçı rejimin rəhbəri Qarabağı parçaladı

18 Oktyabr 2011 19:57
Bəyəndim (0) Bəyənmədim (0)
Bako Saakyan işğal olunmuş əraziləri parçalayaraq Dağlıq Qarabağa qatdı

Ermənistan saytlarının bu gün yaydıqları məlumata görə, qondarma Dağlıq Qarabağ respublikasının prezidenti Bako Saakyan bir neçə fərman imzalayıb. Onların arasında "Dağlıq Qarabağın inzibati-ərazi bölgüsü qanununa dəyişikliklər edilməsi haqda" fərman da var. Beynəlxalq təzyiqlərdən çəkinən Ermənistan rəhbərliyi və erməni mətbuatı bu faktı qabartmasalar da, araşdırmalar məsələnin ciddi olduğunu göstərir. Belə ki, Bako Saakyanın rəsmi saytında yeni qanun layihəsi bir qədər geniş işıqlandırıb. Daha dəqiq desək, separatçılar Dağlıq Qarabağ ətrafında işğal etdikləri inzibati əraziləri ilhaq etmək üçün onları bir neçə hissəyə bölərək mövcud rayonların tərkibinə qatıblar. Bu yolla "DQR"-ə tabe olan rayonların ərazilərini böyüdüblər. Akna adlandırılan Ağdam şəhəri işğal altında olan digər ətraf kəndləri ilə birlikdə Əsgəran rayonunun inzibati tabeliyinə verilib. Berdzor adlandırılan Laçın isə işğal olunmuş ərazilərin hesabına yaradılmış Kaşataq rayonunun mərkəzinə çevrilib.

Qanun işləməyən yerdə qanunsuzluq yeganə qanun olur...

Natiq Qocaman

O.M.