ABŞ-da sərxoş erməni təyyarəni darmadağın etdi

ABŞ-da sərxoş erməni təyyarəni darmadağın etdi

18 Oktyabr 2011 17:51
Bəyəndim (0) Bəyənmədim (0)
Sərxoş terrorçu stüardessaları döyərək onları öldürəcəyi ilə hədələyirdi

Nyu-yorkdan Los Ancelesə uçan təyyarə məcburi eniş həyata keçirdi. Səbəb sərxoş ermənin təyyarənin salonunda dava salması oldu. Associated Press agentliyini məlumatına görə, bu, Lonq-Aylend şəhərinin sakini, milliyətcə erməni Varujan Xocamiryan idi. Belə ki, ötən həftənin bazar günü o, təyyarədə səyahət edərkən dava salıb. Qarşısına çıxan hər kəsi, hətta stüardessanı da vurub. Sonra salonu dağıtmağa başlayıb. Daha sonra idarə salonuna keçmək istəyən Xocamiryan stüardessaların müqaviməti ilə rastlaşdıqda onlara hədə-qorxu gələrək deyib: "Mən sizin uşaqlarınızı, ananızı öldürəcəm, özünüzü tikə-tikə doğrayacam". 21 saylı reysin personalı məcburən təyyarəni Denver Beynəlxalq hava limanına endiriblər. Burada Federal təhqiqat bürosunun əməkdaşları terrorçunu zərərsizləşdiriblər. Nə qədər qəribə səslənsə də, o, təyyarədə ingiliscə danışdığı halda dindirilmə zamanı rusdilli tərcüməçi tələb edib. Xatırladaq ki, Boeing 767-200 təyyarəsində işçi personalı ilə yanaşı 160 sərnişin var idi. Associated Press-in məlumatına görə, Xocamiryan 250 min dollar cərimələnərək 20 il azadlıqdan məhrum ola bilər.

Erməni dünyanın hər yerində ermənidir...

Hafiz Əhmədov

O.M.