Böyük Britaniyanın Cənubi Qafqaz ölkələrindəki səfirləri birgə bəyanat yayıblar

Böyük Britaniyanın Cənubi Qafqaz ölkələrindəki səfirləri birgə bəyanat yayıblar

18 Oktyabr 2011 17:07
Bəyəndim (0) Bəyənmədim (0)
Birləşmiş Krallıq olimpiya iyunları zamanı hamını atəşkəsə səslədi

Böyük Britaniyanın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri müştərək bəyanat yayaraq bir qədər öncə BMT tərəfindən qəbul edilmiş, Olimpiya oyunları müddətində atəşkəsə səsləyən qətnaməni alqışlayıblar. Birləşmiş Krallığın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, müvafiq qətnamə 2012-ci ilin Olimpiya oyunlarına ev sahibliyi edəcək Britaniyanın təşəbbüsü ilə meydana çıxıb. BMT qətnaməsində Olimpiya oyunları günlərində dünyadakı bütün münaqişə tərəflərinə hərbi əməliyyatları dayandırmaq çağırışı əksini tapıb. Bununla əlaqədar Azərbaycandakı səfir Piter Beytman, Ermənistandakı səfir Çarlz Lonsdeyl və Gürcüstandakı müvəqqəti işlər vəkili Doug Mcmillan birgə bəyanat yayıblar: "Biz bu qətnaməni və onun yekdilliklə qəbulunu alqışlayırıq. Böyük Britaniya Cənubi Qafqazda münaqişələri çözmək və sülh əldə etmək üçün uzun illər səy göstərir. Biz ümid edirik ki, qətnamədəki fikirlər regional sülhə doğru konkret addımlara çevrilə bilər".

Heç təsadüfi deyil ki, göyərçin həm sülhün, həm də idmanın rəmzidir...

Hafiz Əhmədov

O.M.