![AMEA-nın bir institutu digər institutunu ittiham etdi](http://oxumeni.az/media/news/2017/10/photo_66777.jpg)
AMEA-nın bir institutu digər institutunu ittiham etdi
"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun geomaqnit qasırğaları ilə bağlı məlumat verməsi tamamilə yersizdir".
"Report" xəbər verir ki, bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
Onun sözlərinə görə, kosmik hava ilə bağlı məsələ sırf astro-fiziki proseslərdir: "Ümumiyyətlə, üç gündən artıq verilən proqnozlar çox çətinliklə özünü doğruldur. Ona görə də hər kəs öz işi ilə məşğul olsa, daha yaxşıdır".
Digər xəbərlər