
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib
ABŞ dövlət katibinin müavini Uilyam Börns Azərbaycana gəlib. Bu ölkənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində onun rəsmi şəxslər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulur.
Görüşlərdə regiondakı vəziyyət, sülh və sabitliyin təmin
edilməsi, iqtisadi inkişaf və demokratik islahatlar əsas müzakirə mövzusu
olacaq.
O.M.
Digər xəbərlər