Azərbaycanın müstəqillik aktına kim necə səs verib?

Azərbaycanın müstəqillik aktına kim necə səs verib?

17 Oktyabr 2011 21:12
Bəyəndim (0) Bəyənmədim (0)
20 il əvvəl ölkəmizi müstəqil görmək istəməyən bəzi məmurlar bu gün də vəzifədədirlər

Sabah Azərbaycanın müstəqilliyinin 20 yaşı tamam olur. Görəsən, bu müddət ərzində nələr və kimlər dəyişdi? Müstəqilliyimizin bərpa olunmasında kimlərə borcluyuq? Və ya kimlər ölkəsini müstəqil görmək istəmirdi? Suallar çoxdur.

"Qafqazinfo"nun mövzunu əhatə edən siyahısı diqqətimizi cəlb etdiyi üçün onu kiçik redaktə ilə sizlərə təqdim edirik.

Beləliklə, 20 il əvvəl Azərbaycan Ali Sovetinin üzvlərinin Müstəqillik haqda Konstitusiya Aktına göstərdiyi fərqli münasibətlə tanış olun:

Müstəqillik aktının lehinə səs verənlər
Heydər Əliyev- ulu öndər
İxtiyar Şirinov - keçmiş baş prokuror, MKP sədri
Firudin Cəlilov - keçmiş Təhsil naziri
Dilarə Əliyeva - mərhum jurnalist
Füzuli Axundov - sabiq millət vəkili
Aydın Məmmədov - sabiq millət vəkili
Əyyam Musayev - sabiq millət vəkili
Vaqif Novruzov - sabiq millət vəkili
Vahid Əhmədov - millət vəkili
Ramiz Fətəliyev - sabiq millət vəkili
Cümşüd Nuriyev - VHP Ali Məclisinin keçmiş sədri
Məmməd Xələfov - sabiq millət vəkili
Etibar Məmmədov - AMİP sədri
Nəriman Həsənzadə - xalq şairi
İsa Qəmbər - Müsavat başqanı
Sabir Rüstəmxanlı- VHP sədri
Tofiq Bağırov - sabiq millət vəkili, mərhum.
Mürşüd Məmmədli - Gəncənin keçmiş icra başçısı
Şadman Hüseynov - sabiq millət vəkili, mərhum.
Faiq Baxşəliyev - sabiq millət vəkili
Mirmahmud Fəttayev- KXCP sədri
Ədalət Rəhimov - sabiq millət vəkili
İsgəndər Həmidov -keçmiş Daxili İşlər naziri
Mətləb Mütəllimov- Sosial Ədalət Partiyasının sədri
Tahir Əliyev - sabiq Daxili İşlər Naziri
Rəhim Qazıyev - keçmiş Müdafiə naziri
Tamerlan Qarayev - İndoneziyadakı səfir
Eldar Bağırov - sabiq millət vəkili
Tofiq Qasımov- keçmiş Xarici işlər naziri, mühacirətdə yaşayır
Məryəm Həsənova- təqaüdçü, (evi də yoxdur-yataqxanada qalır)
Arif Hacılı- sabiq millət vəkili
Tahir Kərimli- Vəhdət Partiyasının sədri
İsmayıl Şıxlı - xalq yazıçısı, mərhum
Yusif Səmədoğlu - sabiq millət vəkili
Maşallah Abdullayev - sabiq millət vəkili
Hacıbaba Əzimov- VAMBP sədri
Bayram Bayramov - yazıçı, sabiq millət vəkili
Hicran Kərimli - sabiq millət vəkili
İbrahim İbrahimli - sabiq millət vəkili
Allahverdi Həsənov - sabiq millət vəkili
Sülhəddin Əkbər - sabiq millət vəkili
Şahmərdan Cəfərov - sabiq millət vəkili
Fərəc Quliyev - millət vəkili
Bitərəflər
1. Arif Əliyev - sabiq millət vəkili
2. Rəsul Quliyev - Eks spiker, ACP sədri
3. Kamilə Həsənəliyeva - sabiq millət vəkili
4. Mübariz Abbasov - sabiq millət vəkili
5. Xudaverdi Hənifəyev - sabiq millət vəkili
Müstəqilliyin əleyhinə səs verənlər
1. Arif Rəhimzadə - deputat, Milli Məclisdə komitə sədri
2. Yaşar Əliyev - Azərbaycanın BMT-dəki nümayəndəsi
3. Abbas Abbasov - baş nazirin sabiq birinci müavini
4. Fikrət Sadıqov - "Azərkimya" DŞ-nin keçmiş prezidenti
5. Samur Novruzov - sabiq nazir, mərhum
6. Eldar İbrahimov - MM-in Aqrar Siyasət komitəsinin sədri
7. Şaitdin Əliyev - sabiq deputat, MSK üzvü
8. Gülnarə Qurbanova - işsiz, Şıxəli Qurbanovun qızı
9. Mixail Zabelin - YAP Siyasi Şurasının üzvü, deputat
10. Soltan Məmmədov - biznes fəaliyyəti ilə məşğuldur
11. Zeynəb Xanlarova - xalq artisti, deputat
12. Madər Musayev - iş adamı, Binəqədi rayonunun deputatı
13. Yaşar Rzayev - Lənkəranın keçmiş icra başçısı
14. Gennadi Timoşenko - sabiq deputat
15. Həsən Həsənov - keçmiş baş nazir, Macarıstandakı səfir
16. Əli Həsənov - Baş nazirin müavini, "Qaçkınkom"un sədri
17. Şair Həsənov - Mənzil Kommunal Təsərrüfatı Komitəsi sədri
18. İrşad Əliyev - sabiq Kənd Təsərrüfatı naziri, Beyləqanın İcra başçısı
19. Əhməd Əhmədzadə - Su və Meliorasiya komitəsinin sədri
20. Aslan Süleymanov - işsiz
21. Arif Ağayev - Yasamalın keçmiş icra başçısı
22. Şamil Həsənov - Ağcabədinin keçmiş icra başçısı
23. Sahib Əkbərov - Kəlbəcərin icra başçısı
24. Tapdıq Kamalov - sabiq deputat
25. Rüfət Əsədov - NK-da şöbə müdiri
26. Tofiq Bağırov - Cəlilabadın keçmiş icra başçısı
27. Arif Mövsümov - NK-da şöbə müdiri, vəfat edib
28. Cahangir Hüseynov - deputat
29. Mirhəmzə Əfəndiyev - Belçikadakı sabiq səfir
30. Telman Orucov - ADP-nin keçmiş katibi
31. Çingiz Sadıqov - Tərəqqi Partiyasının sədri

Ünvanını dəyişdi dünənin alqışları... Niyə də dəyişməsin? Axı dünya fırlanır...

Natiq Qocaman

O.M.