
Bu il 5 azərbaycanlı rus millətçilərinin qurbanı olub
İnsan Haqları üzrə Moskva Bürosunun keçirdiyi monitorinqin nəticələrindən bəlli olub ki, cari ilin 01 yanvar - 15 oktyabr tarixləri arasında 74 dəfə əcnəbi vətəndaşlara qarşı hücumlar təşkil edilib. Bu hücumlar zamanı 23 nəfər ölüb, 98 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Ksenofobiya (əcnəbi düşmənçiliyi) Rusiyada geniş yayılmaqdadır. 2010-cu ildə analoji qaydada 33 nəfər qətlə yetirilmiş, 198 insan xəsarət almışdı. 2009-cu ildə bu rəqəm 71-in 311-ə nisbətdə olmuşdu.
İnsan Haqları üzrə Moskva Bürosunun tərtib etdiyi siyahıda zərərçəkmiş əcnəbilər bu cür sıralanır: dağıstanlı - 4 ölü, erməni - 2 ölü, 5 yaralı, özbək - 2 ölü, 5 yaralı, qırğız - 1 ölü, 4 yaralı, azərbaycanlı - 1 ölü, 4 yaralı, tacik - 1 ölü, 1 yaralı, gürcü - 1 ölü, gəlmə ruslar - 5 yaralı, afrikalı - 6 yaralı, yəhudi - 3 yaralı, türk - 1 yaralı, ekvadorlu - 1 yaralı, çeçen - 1 yaralı, çinli - 1 yaralı, filippinli - 1 yaralı.
Tacikistan Daxili İşlər Nazirliyinin bəyanatında isə bildirilir ki, 2011-ci ilin yanvar-iyun aylarında Rusiyada skinxedlərin əli ilə 51 tacik qətlə yetirilib.
Türklərin yaxşı bir el məsəli var: "Çörək aslanın ağzındadır"..
Hafiz Əhmədov
O.M.