1400 zəvvar kralın özəl qonağı olacaq

1400 zəvvar kralın özəl qonağı olacaq

17 Oktyabr 2011 15:59
Bəyəndim (0) Bəyənmədim (0)
Onlar saraylar gəzəcək, ən yüksək səviyyəli Həcc ziyarətini başa vuracaqlar

Dünyanın dörd bir yanından Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gələnlər arasında bu il 1400 nəfər xüsusi çəkiyə malik olacaq. Çünki onlar kral Abdullanın özəl qonağı olacaqlar. İslam İşlər naziri Şeyx Saleh ibn Əbdül al əl Şeyx bildirib ki, ölkənin kralı hər il olduğu kimi, bu il də Həcc mövsümündə 1400 nəfəri qonağı kimi dəvət edib. Kralın saraylarında qəbul ediləcək olan seçilmişlər ən yüksək səviyyədə Həcc vəzifələrini yerinə yetirəcəklər. Qonaqlar Azərbaycan, Türkiyə, Rusiya başda olmaqla təxminən 40-a yaxın ölkələrdən seçiliblər.

Onu da xatırladaq ki, bu günə qədər 10 min nəfərin kral Abdullanın xüsusi qonaqlaması altında Həcc ziyarətlərini yerinə yetirdikləri qeydə alınıb.

Allah hər kəsin ziyarətini qəbul etsin.

Günel Həbib

O.M.