Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

17 Oktyabr 2011 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-də hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16, gündüz 18-23 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə təşkil edəcək.

Oktyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, oktyabrın 19-da hava şəraitinin təzadlı dəyişkənliyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Günel Həbib

O.M.