İranda 3 nəfər edam edilib

İranda 3 nəfər edam edilib

18 Aprel 2011 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

İranda edama məhkum edilən 3 nəfər xalqın gözü qarşısında iplə boyunlarından asılaraq öldürülüb.

İran xəbər agentliyi "Mehr"-in verdiyi məlumata görə, edam edilənlər əvvəllər silahlı soyğun, adam oğurluğu və iki polis məmurunu öldürməkdə təqsirli biliniblər.

Ölkənin mərkəzindəki Şiraz şəhərində edam edilən məhkumların 7 ildən bəri "Aydın" adlı silahlı qruplaşma ilə əlaqələri olduqları və təxminən bir saat əvvəl silahlı basqın zamanı həbs edildikləri məlum olub.

Edam edilən şəxslərin adlarının Əbdülfazil, Rza və Rükanəddin olduğu açıqlanıb.

Edam cəzası quldarlıq dövrünün qalığıdır. İndi təsəvvür edin ki, bu insanlardan birinə bəraət verildi. O halda onu geri qaytarmaq mümkün olacaqmı?..

Elvin Babayev

O.M.