
Qala qəsəbəsində piyadanı maşın vurdu
Xəzər rayonunun Qala qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Rayon ərazisində Gəncə şəhər sakini Rauf Qarayev "BMW" markalı avtomaşını idarə edərkən 50-55 yaşlı kişini vurub. Nəticədə həmin kişi aldığı xəsarətdən hadisə yerində ölüb.
Sürücülər və piyadalar yola çıxarkən unutmamalıdırlar ki onların yolunu gözləyən var.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər