
"Azərbaycanın işğal olunmuş ərazilərindən qanunsuz dövriyyəyə narkotik çıxarılır"
Azərbaycanın işğal olunmuş ərazilərində becərilən narkotik vasitələr qanunsuz dövriyyəyə çıxarılır. Bu barədə jurnalistlərə açıqlamasında BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsinin icraçı direktoru Yuri Fedotov bildirib. Onun sözlərinə görə, Əfqanıstanda tiryək istehsalı 61% artıb: "Ona görə də Azərbaycan və digər ölkələr oradan axına hazır olmalıdırlar". Y.Fedotov qeyd edib ki, əgər Əfqanıstanda əvvəllər narkotik istehsal etməyən vilayətlərin sayı 20 idisə, hazırda 17-yə düşüb: "Rəsmi statistikaya görə, narkotik istehsalı Əfqanıstanda təkcə ÜDM-in 10%-ni təşkil edir".
Fərid Qurbanov
O.M.
Digər xəbərlər