Stiv Cobun dəfninə “Samsung”un rəhbəri gəlmişdi

Stiv Cobun dəfninə “Samsung”un rəhbəri gəlmişdi

17 Oktyabr 2011 11:50
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən Kaliforniyada Stiv Cobla vida mərasimi keçirildi

Dünən Kaliforniya universitetinin Stenford universitetinin ibadətgahında Stiv Cobla qapalı vidalaşma mərasimi keçirildi. Associated Press xəbər agentliyinin məlumatına görə, tədbirə yalnız dəvətlilər qatılmışdı. Onların arasında Silikon vadisində fəaliyyət göstərən böyük şirkətlərin rəhbərləri də var idi. The Wall Street Journal isə xəbər verir ki, ibadətgahın ətrafında lampalar yanırdı. Yüzlərlə qonağı xüsusi mühafizə dəstələri qoruyurdu. Qonaqların sırasında sabiq dövlət katibi Albert Qoru görmək olurdu. Bundan başqa, böyük internet şirkətlərinin rəhbərləri də tədbirə qatılmışdı.

Ən maraqlısı isə odur ki, vida mərasimində Apple şirkətinin əzəli rəqibi olan Samsung Group-un sahibi Cey Li də iştirak edirdi.

Rəqabət düşmənçilik demək deyil...

Hafiz Əhmədov

O.M.